Sübhan Məmmədov

Sübhan Məmmədov 2002-ci ildən rəhbərlik etdiyi “Expert SM” beynəlxalq hüquq və biznes konsaltinq şirkətinin direktorudur. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, Azərbaycan Respublikası Ali Məhkəməsində, Məhkəmə Ekspertiza Mərkəzində məsul vəzifələrdə, 4-cü Qrupun Bakı Nümayəndəliyində Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Hüquqşünaslıq fəaliyyəti ilə yanaşı, hüquq üzrə akademik tədrislə də məşğul olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Cənab Məmmədov çoxsaylı uğurlu layihələrə rəhbərlik etmək və iştirak etməkdə böyük təcrübəyə malikdir. Onun təcrübə sahələrinə vergi hüququ, müqavilə hüququ, əqli mülkiyyət və korporativ hüquq daxildir. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.