
Mehman İbrahimov menecment, korporativ hüquq və təşkilati proseslərin optimallaşdırılması sahəsində böyük təcrübəyə malik mütəxəssisdir. O, risklərin azaldılması və idarə olunması, təşkilatların maraqlarının hüquqi təminatı, məhkəmə müdafiəsi və daxili audit sahəsində dərin biliyə malikdir. O, “Səmərəsiz təşkilatda səmərəli menecer” kitabının, həmçinin “Hüquq və idarəetmənin əsasları” mövzusunda bir sıra mühazirə kurslarının müəllifidir. O, ANS Şirkətlər Qrupunda (aparıcı hüquq məsləhətçisi), SOCAR-da (hüquq şöbəsinin müdiri), Azəriqaz İB (hüquq şöbəsinin rəis müavini), “Azərsu” ASC (hüquq şöbəsinin müdiri), eləcə də Yüksək Texnologiyalar Parkında (hüquq məsləhətçisi) işləyib.