Geri

İş icazəsi

İş icazəsi 1 il müddətinə verilir. Əmək müqaviləsinin 1 ildən az müddətə bağlanması nəzərdə tutulursa, bu müddətə icazə verilir. İş icazəsi hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə ən geci 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.