22–23 sentyabr tarixlərində Sea Breeze-də keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) turizm sahəsində genişmiqyaslı layihələr təqdim olunub.

Ən iri otel brendləri -  JW Marriott, Rixos, Crowne Plaza və digərləri -  yeni obyektlərin açılışını elan ediblər.

Planlarda inkişaf etmiş infrastruktur və all-inclusive konsepsiyasına malik kurortların inşası nəzərdə tutulur.

Sea Breeze Xəzər dənizi sahilində ilboyu fəaliyyət göstərən turizm klasteri kimi mövqeləndirilir.

Forum iştirakçıları layihənin region iqtisadiyyatı, iş yerlərinin yaradılması və dünya səviyyəli xidmətin inkişafı baxımından strateji əhəmiyyətini vurğulayıblar.

Müxtəlif əyləncə sektorunun, o cümlədən kazinoların ilboyu turizm və investisiyaların təşviqində rol oynayan potensialı da müzakirə olunub.

Xüsusilə, kazinolu obyektlər iqtisadiyyatı stimullaşdırır: onların xidmətinə hər il on milyonlarla dollar xərclənir - otellərdən və nəqliyyatdan tutmuş qastronomiya və əyləncə sektoruna qədər.

Belə format turizm sektorunda sabit investisiya axını və ilboyu məşğulluğu təmin edir.

Sea Breeze Azərbaycanının dünya turizmində mövqelərini möhkəmləndirir